23 May 2017 18:25
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs olunan Fail Şahbazova hökm oxunub.

Teleqraf.com xəbər verir ki, hökmə əsasən, Fail Şahbazova 1 il 9 ay həbs cəzası verilib.

İttihama görə, Fail Şahbazovun silah gizlətməsi haqda məlumat daxil olub. Nardaran qəsəbəsində bağlar ərazisində keçirilən baxış nəticəsində palma ağacının altında qara sellofanda bükülü vəziyyətdə 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası aşkar olunub.

Fail Şahbazovun atası və 2 qardaşı 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatından bir neçə gün sonra həbs olunub.


Müəllif: Hacı Zeynalov