29 İyun 2017 16:37
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Bozalqanlı kəndində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, kənd mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 kondisioner oğurlanıb.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.


Müəllif: Hacı Zeynalov