20 İyul 2014 18:19

Kürdə batan 52 yaşlı kişinin cəsədi çıxarılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da Kür çayının Salyan rayonu ərəzisindən keçən hissəsində batmış 1962-ci il təvəllüdlü Mirzəyev Heydərağa Həsənağa oğlunun axtarışları başa çatıb.

H.Mirzəyevin cəsədi batdığı yerdən 2 km aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 80-90 km aralı, nəzarət olunmayan ərazidə) "Salyan" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: