14 İyul 10:05

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1995-cı il təvəllüdlü rayon sakini Günel Abbasova yaşadığı evindən bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Qadının vəziyyəti orta-ağır olduğu bildirilir.

Günel Abbasovanı ailə münaqişəsi zəminində həyat yoldaşı bıçaqlayıb. Bir neçə il əvvəl ailə quran Günel Abbasova əri ilə yola getməyib, buna görə də boşanması üçün ərizə ilə Daşkəsən rayon Məhkəməsinə müraciət edib.

Məhkəmədə əri Günel Abbasovadan ərizəsini götürməyi tələb etsə də, qadın buna əhəmiyyət verməyib. Onların arasında dava-dalaş dava-dalaş qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov