26 İyul 2017 23:33
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Aliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.
Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik, açıqlanmır.
Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.


Müəllif: Teleqraf.com