24 Aprel 2014 16:22

Bakını Binəqədi rayonunda külli miqdarda narkotik vasitə saxlayan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Natiq Məhərrəmov saxlanılıb. Ondan 4 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: