22 Avqust 2017 00:24
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri ərazisində silsilə oğurluq törədən şəxsin həbsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat Hüseynov tutulub.

O, ötən il oktyabrın 4-dən cari il avqustun 7-dək Gəncə şəhəri ərazisində 3 evdən məişət əşyaları, 6 avtomobildən akkumulyator, habelə qəbirlərdən birinin üzərindəki 2 ədəd mərmərdən hazırlanan güldanı oğurlamaqda şübhəli bilinir.


Müəllif: Hacı Zeynalov