16 Sentyabr 00:55
218

Rusiyanın Rostov vilayətində 74 yaşlı qadın 89 qayçı zərbəsi ilə öldürülüb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular polisə ilk dəfə məlumat verib. Onlar qadının oğlu tərəfindən qətlə yetirilməsindən şübhələnirlər.

İlkin məlumata görə, oğlu qadının üz, boyu, sinə və qarın nayihəsindən zərbələr endirib. Qadın aldığı zərbələrdən hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, qadının oğlu psixi dispanserdə qeydiyyatdadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com