17 Sentyabr 10:10

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Dəllər Cəyir kəndində 1980-ci il təvəllüdlü Əli Rəhimov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.

Məlum olub ki, Ə.Rəhimov bıçaqlanan zaman sərxoş olub. Kənd ərazisində kafelərdən birindən çıxan Ə.Rəhimov bir neçə nəfərlə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov