25 İyul 2014 14:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sənan Qulamovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini Sənan Qulamov bu ilin aprelin 7-də Nizami rayonu Keşlə qəsəbəsi ərazisində qohumu Fəridə Səlimcanovanın yaşadığı evdə həyat yoldaşı Əfiqəni bıçaqlayıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Sənan Qulamov sonra özünü öldürmək istəyib. O, boyun, qol və qarın nahiyələrindən xəsarət yetirib. Lakin ona mane olublar. Xəstəxanada tibbi yardım göstərilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı avqustun 1-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: