20 Oktyabr 2017 12:38
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əli Abdullayev və Qərib Eyvazlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Qərib Eyvazlı və Əli Abdullayevin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Binəqədi-Mehdiabad yolunda Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər. Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Əli Abdullayev və onun sərnişini Qərib Eyvazlı günahkar bilinib.


Müəllif: Hacı Zeynalov