24 Oktyabr 2017 11:12
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Elman Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Ənvər Seyidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elman Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib.

İttihama görə, Elman Tağıyev torpaq alqı-satqısı ilə məşğul olub. O, zərərçəkənlərə torpaq vermək adı ilə 25 min manat pul alıb. Lakin verdiyi əməli yerinə yetirməyib. Zərərçəkən şəxslərin şikayəti üzrə Elman Tağıyev saxlanılıb. O, dəymiş zərərin bir hissəsini qaytarıb.

Lakin onun zərərçəkənlərə 8 min manat borcu qalıb. Məhkəmə dövründə də o, pulu qaytara bilməyib.

Elman Tağıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov