13 Noyabr 20:53
167

Göyçay rayonunda qohumlar arasında dava bıçaqlanma ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, rayonun Cəyirli kəndində, “Şirvan” şadlıq sarayında 1977-ci il təvəllüdlü Bəhruz Vəlibəyov qardaşı oğlunun kiçik toy mərasimində əmisi nəvəsi, 1994-cü il təvəllüdlü Dəyanət Babayevlə musiqi sifarişi ütündə mübahisə edib.

Qohumların mübahisəsi dava ilə nəticələnib. Bəhruz Vəlibəyov bıçaqla Dəyanət Babayevə bir neçə xəsarət yetirib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Göyçay rayon polis şöbəsi əməkdaşları tərəfindən cinayəti törədən Bəhruz Vəlibəyov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov