15 Noyabr 01:14
153

Bakının Sabunçu rayonu ərazisində kafelərdən birində dava olub.

Teleqraf.com xəbər verir ki, Balaxanı qəsəbəsində yerləşən “Qartal” kafesində 1987-ci il təvəllüdlü Mahir İsmayılov və onun həmyaşıdı İlham Paşayev yeyib-içiblər.

Bu zaman dostlarla yan oturacaqda əyləşən şəxslərin mübahisəsi. Mübahisə əlbəyaxa davaya çevrilib.

Dava zamanı Mahir İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Həmçinin İlham Paşayevin də boğaz nahiyəsinə bıçaq xəsarəti yetirilib. Cinayəti törədənlər hadisə yerindən qaçıblar.

Hər iki yaralı Sabunçu şəhər Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov