23 Noyabr 2017 17:10
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozunda Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ev sahibi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verib.

Şikayətçi ailənin evdə olmadığı zaman naməlum şəxs tərəfindən mənzildən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ramil Tanrıverdiyev oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə gətirib. Daha sonra isə həmin əşyaların bir qismini Sabunçu bazarına apararaq orada satıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Sabunçu və Abşeron rayonu ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də müəyyən edilib.


Müəllif: Hacı Zeynalov