24 Noyabr 2017 14:23
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Türkiyə vətəndaşı Sinan Ünal qətlə yetirilib.

Teleqraf.com "Haberturk" kanalına istinadla xəbər verir ki, gəncin meyiti Odessa yaxınlığındakı meşədən tapılıb.

Aparılan araşdırmalar zamanı Ünalın 5 qadın tərəfindən vəhşicəsinə qətlə yetirildiyi məlum olub. Onlardan 2-si Azərbaycan, 3-ü isə Türkiyə vətəndaşıdır. Həmin şəxslərin saxlanıldığı bildirilib.

Qadınlar dindirilmə zamanı cinayəti qarət məqsədi ilə törətdiklərini etiraf ediblər.

Cinayətkarların sözlərinə görə, əvvəlcə Ünalı meşəyə aparıb, ona yuxu dərmanı veriblər. Ayaqları və əlləri bağlı olan gənc oyananda müqavimət göstərməyə çalışıb. Qızlar əvvəlcə taxta parçası ilə Ünalın ayaqlarını sındırıblar. Daha sonra isə başına zərbə endiriblər.

Cinayətkarlar izi itirmək üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar.

Qətlə yetirilən gəncin anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət məqsədilə gedib və noyabrın 15-dən onun telefonuna zəng çatmayıb. Bundan narahat olan Gülseli Ünal polisə şikayət edib.

Gülseli oğlunun cəsədini Türkiyəyə gətirmək üçün Ankara rəhbərliyinə müraciət edib. O bildirib ki, yol üçün lazım olan 2500 dolları ödəməyə gücü çatmır.


Müəllif: Samir