5 Dekabr 2017 18:13
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:03

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Natiq Alıyev Ağaisə Mahmudov epizodu üzrə ifadə verib.

Natiq Alıyev ittihamları qəbul etmədiyini deyib.

Daha sonra digər təqsirləndirilən Füzuli Əliyev dindirilib. O, Daşkəsən epizodu üzrə ifadəsində ittihamları rədd etdiyini söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı əməliiyatda iştirak etməyib.

Məhkəmədə fasilə elan olunub.

18:13

Günün ikinci yarısında davam edən prosesdə təqsirləndirilən Natiq Alıyev dindirilib.

Daha sonra Süvəbahir Qurbanovun vəkili Adil İsmayılov bir neçə sənədin məhkəməyə gətirilməsi üçün vəsatət verib. Vəsatətə növbəti iclasda baxılacağı açıqlanıb.

Növbəti iclası dekabrın 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov