7 Dekabr 18:34
244

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətlərinin açılması təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rryon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov həbs edilib.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil verilib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşları tərəfindən noyabrın 12-də 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Əhməd Babayev saxlanılıblar. Onların noyabrın 10-da evlərin birinin qarşısından xalça oğurlamaları da müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də şəhər ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Sərvan Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun cari ilin fevral-avqust ayları ərzində daha 2 velosiped, 6 evdən məişət əşyaları və 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov