9 Dekabr 2017 19:00
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluqla məşğul olan iki dost həbs edilib.

Teleqraf.com xəbər verir ki, noyabrın 6-da şəhər ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib.

Görülən tədbirlərlə Muraz Əzizov da tutulub.

Muraz Əzizovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust-noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması müəyyən edilib.

Məlumata görə, Xəyal Kazımzadə və Muraz Əliyev əvvəllər həbsxanada bir yerdə cəza çəkiblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov