9 Dekabr 2017 21:44
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əyricə kənd sakini, 1996-cı il təvəllüdlü Xasay Məhərrəmov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xasay Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Məlumata görə, cinayəti törədən şəxs Xasay Məhərrəmova məxsus VAZ-21014 markalı avtomobili idarə edərək hadisə yerini tərk edib.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Orxan Kərimov olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov