13 Dekabr 2017 15:27
7 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda qəbiristanlıqda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 12-nə keçən gecə Sabirabad rayonunun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbir kənarı alüminiumdan olan lövhələr oğurlanıb.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyatı nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Mircabbar Miriyev saxlanılıb.

Həmin qəbiristanlıqda kriminal aləmdə “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınan Hikmət Muxtarov, onun əmisi oğlu, “Qorbatı Ramiz” ləqəbi ilə tanınan Ramiz Muxtarovun da məzarı var.

Məlumata görə, alüminiumları sökülən çəpər Hikmət Muxtarovun məzarına gedən yol hissəsində yerləşir.

Hikmət Muxtarov 2006-ci ildə naməlum silahlı adamlar tərəfindən öldürülüb.


Müəllif: Hacı Zeynalov