2 Avqust 2014 01:07
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovun ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədə yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ə.Məmmədovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:33-də başa çatıb.


Müəllif: