17 Dekabr 2017 15:50
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq və dələduzluq cinayətlərinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, şəhərin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq və dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb.

Onun cari il mart ayından dekabrın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində bir qadının 50 manat və 1500 rublunu, 5 nəfərin mobil telefonunu, 1 evdən və 3 avtomobildən akkumulyator, maqnitofon və inşaat materialları oğurlamaqda, habelə 1 nəfərə qarşı dələduzluq etməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov