19 Yanvar 2018 20:24
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda - çəkisi 945 qram olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov