21 Yanvar 2018 17:23
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində 7 evdən pul, su mühərriki, 40 metr elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Şirvan Xəlilov saxlanılıb.


Müəllif: Hacı Zeynalov