13 Fevral 16:07

Jurnalist Əfqan Muxtarlı barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, jurnalsitin şikayəti Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rəfail Əliyevin icraatına verilib.

İlkin baxış iclası fevralın 20-nə təyin edilib.

Qeyd edək ki, Balakən rayon Məhkəməsinin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını isrtəyir.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov
Загрузка...