15 Mart 2018 14:47
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşayan rus əsilli iki kişini məcburi əməklə istismar etməkdə təqsirli bilinən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Tofiq Rzayev 8 il, Vüqar Rzayev isə 7 il 6 ay müddətinə şərti cəza alıb. Hər iki şəxs 2 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Rzayevlə qardaşı oğlu Vüqar Rzayev Xəzər rayonunda yerləşən heyvandarlıq sahəsində zərərçəkimşləri - Aleksandr Kolesnikov və İqor Kolesnikovun qul kimi işlədiblər.

Bununla bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları 2016-cı il aprelin 28-də keçirdikləri əməliyyat nəticəsində təqsirləndirilən şəxslər həbs edilib.

Məlum olub ki, əmi və qardaşoğlu hər iki zərərçəkmişə hədə-qorxu gələrək, 2000-ci ildən fermada qul kimi işlədiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham edilirlər.


Müəllif: Hacı Zeynalov