24 Mart 2018 22:00
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 yaşlı qız uşağına cinsi məzmunlu videolar izlətdirməyə çalışan manyak həbs edilib.

Teleqraf.com xəbər verir ki, Tekirdağda evə gedən 12 yaşlı qıza yaxınlaşan kişi telefonundakı cinsi məzmunlu videoları ona göstərib. Qızcığaz etiraz edəndə isə onun üstünə qışqırıb və baxmağa məcbur edib. Uşaq baş verənləri ailəsinə danışıb və dərhal polisə məlumat veriblər. Polislər kameraları incələdikdən sonra şübhəli şəxsin kimliyini aşkar ediblər. Bundan sonra manyak həbs edilib.


Müəllif: Cabbar