12 Avqust 2014 11:35

Rusiyada nüfuzlu avtoritet Rövşən Lənkəranskinin killeri və biznesinə nəzarət edən şəxs kimi tanınan “Çolaq Nazim” ləqəbli Nazim Hümbətovə qarşı cinayət işi açılıb

Hümbətovun işi ilə bağlı sənədlər artıq Moskva əyalət məhkəməsin təqdim edilib. “Çolaq Nazim” həmin materiallarla tanış olub və prokurorluq materialları məhkəməyə təqdim edib.

O, “adamöldürmə” və “saxta sənəd hazırlamaq” maddələri ilə ittiham olunur. İlkin dinləmənin vaxtı isə hələ müəyyən edilməyib.

Qeyd edək ki, Hümbətov 2003-cü ilin sentyabrında 4 azərbaycanlını güllələməkdə ittiham olunur. Əməliyyatçıların sözlərinə görə, onun Rusiya ərazisində onlarla qətldə əli ola bilər.

/qafqazinfo/


Müəllif:
Загрузка...