19 May 2018 00:38
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə 10 nəfərin qətlində şübhəli bilinən şəxsin adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu 17 yaşlı Dimitrios Paqurtzisdir.

Bu gün Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, daha 10-u yaralanıb.

22:13

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10-a çatıb.

Şahidlərin sözlərinə görə, silah səsləri məktəbin sənət sinifi otağından eşidilib. Hücum nəticəsində 1 polis yaralanıb, 10 şagird ölüb.

ABŞ prezidenti Donald Tramp Tvitter hesabında "Gələn məlumatlar yaxşı deyil. Tanrı hamınızı qorusun!", deyə bildirib.

19:40

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 8 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "АВС13" telekanalı mənbələrinə istinadən xəbər verir.

Ölənlərin müəllim və ya şagird olduğu bilinmir.

Atəş açan şəxs saxlanılıb

Qeyd edək ki, Santa-Fe məktəbində 1 400-dək şagird təhsil alır.

*** 17:50

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) orta məktəbdə atışma olub.

Bu barədə məktəbin bəyanatında deyilir.

"Bölgə mühasirəyə alınıb. Əlavə məlumat əldə edən kimi yeni bilgi veriləcək", - bəyanatda vurğulanır.


Müəllif: Ayxan