24 May 2018 10:59
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinən 1983-cü il təvəllüdlü Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Xətai Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai Məmmədov Nərimanov rayonunda dostu Niyaməddin Rüstəmovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı o, dostuna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə maşın saxlamağa görə baş verib. Qonşu olan dostlar bir-biri ilə maşın saxlamaq üçün yer üstündə mübahisə ediblər. Mübahisə qanlı hadisə ilə başa çatıb.

Xətai Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Xətai Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.


Müəllif: Hacı Zeynalov