21 Avqust 2014 13:59

Tovuz rayonunun Azaflı kəndində ağır yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Düz Cırdaxan kənd sakini Asim Əliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Sürücü və sərnişnlərindən - Bakı şəhər sakini Müşfiq Cəbrayılov hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Yevlax rayonunun Aran qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Telman Zamanov idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.
İsmayıllı rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, Cavid Azayev orada ölüb.

Ağdaş rayonunun Abad kəndində Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb və hadisə yerində ölüb. Daha bir yol qəzası Samux rayonunda baş verib. Rayonunun Karayeri qəsəbəsində qəsəbə sakini Əfqan Əliyev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Lifan” markalı avtomobili aşırıb. Ə.Əliyev və sərnişini - İstixana kənd sakini Amin Musayev xəstəxanaya yerləşdirilib, Ə.Əliyev orada ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...