30 Aprel 2014 13:25

Ağsu rayonunda yaşayış evinə basqın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağsu sakini Gülxarə Hüseynovanın evinə girən naməlum şəxslər küt alətlə qadını döyüblər. Daha sonra qadına məxsus 2870 manat dəyərində qızıl əşyalar və 1 ədəd mobil telefon oğurlayıblar.

Quldurluq yolu ilə Bərdə rayon sakinləri Emin Həsənov, Elmir Zülfəliyev və Ağsu rayon sakini Orxan Həsənov tutulublar.

Hacı Zeynalov


Müəllif: