6 May 2014 19:01
639

Bakıda çörək bişirmə sexində müvəqqəti yaşamaq və iş icazəsi olmayan Özbəkistan vətəndaşlarının işləmələri faktı aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşları Bakı şəhər sakini Vasif Dadaşova məxsus çörək bişirmə sexində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində orada Özbəkistan Respublikası vətəndaşları, 1984-cü il təvəllüdlü Sobir Nasriddinov və 1991-ci il təvəllüdlü Murodjon Nazarovun işləmələri məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: