5 Fevral 2015 13:03
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda dövlət obyektindən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Qədimov tutulub.

Elvin Qədimov bu ilin yanvarın 16-da “Azərpoçt” MMC-nin 80 saylı şöbəsindən 54 manat oğurlayıb.

Hacı Zeynalov


Müəllif: