8 Fevral 2015 05:26
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Yasamal rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 15 kv.m. sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Bundan başqa, Suraxanı rayonunda şirkətə məxsus "ŞAQMAN" markalı yük avtomobilində yanğın olub. Nəticədə avtomobilin kabinə hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb


Müəllif: