20 Fevral 2015 10:25
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxt həbs edilib.

Ondan Naqan tipli “Revolver” markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb. Qeyd edək ki, həbs olunan Elçin Kərimduxt tanınmış aktyor Rövşən Kərimduxtun qardaşıdır.

Hacı Zeynalov


Müəllif: