20 Fevral 2015 11:10
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ötən il 304 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 318 nəfər həlak olub, 191 nəfər yaralanıb.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən illə müqayisədə qəzalarda həlak olanların və yaralananların sayı uyğun olaraq 19 fakt (5,9%), 25 nəfər (7,3%) və 19 nəfər (9%) azalıb.

Bakı şəhəri ərazisində 901 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bunların nəticəsində 313 nəfər həlak olub, 894 nəfər yaralanıb. 2013-cü illə müqayisədə qəzalar zamanı həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (10,9%), 29 nəfər (8,5%), 106 nəfər (10,6 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisəsinin 93,4%-i (2462) sürücülərin YHQ pozmaları, o cümlədən 33,1%-i (872) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 28,1%-i (741) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 8,4%-i (221) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,1%-i (55) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol nəqliyyat hadisəsinin 37,5%-ni (988) piyadaların vurulması təşkil etmiş, nəticədə 373 piyada həlak olmuş, 696-ı yaralanıb. 97 hadisə piyadaların yol hərəkət qaydasını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisəsi nəticəsində 87 nəfər uşaq və yeniyetmə həlak olub, 242 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş 1124 nəfərdən 907-i kişilər, 217-i qadınlar, xəsarət almış 2676 nəfərdən isə 2004-nü kişilər, 672-ni qadınlar təşkil edib.

Hacı Zeynalov


Müəllif: