20 Fevral 2015 12:33
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayonun G.Şıxlinski küçəsində Bakı şəhər sakini Vüsal Əliyevə məxsus internet klubdan pəncərənin dəmir barmaqlığını sındırmaqla 2 ədəd televizor və 6 ədəd kompüter dəsti oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Tacəddinoviç Rəcəbəliyev və Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Azad Laçın oğlu Əlizadə tutulublar.

Hacı Zeynalov


Müəllif: