23 Fevral 2015 11:32
427

Bakının Binəqədi rayonunda cibgirlik edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 21-də saat 12 radələrində, 155 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Şamil Həsənovun 270 manat və şəxsi sənədlərini cibgirlik yolu ilə talayıblar.

Binəqədi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və İstintaq Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Şübhəli şəxsin üzərindən üzərindən 5,41 qram marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: