25 Fevral 2015 00:30
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1992-ci il təvəllüdlü Esmira İsgəndərova dəm qazından zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Dərhal tibbi yardım göstərildikdən sonra 23 yaşlı qızın vəziyyəti normallaşıb. Məlum olub ki, E. İsgəndərova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.


Müəllif: