25 Fevral 2015 21:32
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Omskda qəribə kriminal hadisə baş verib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı şəhər sakini onunla evlənməkdən imtina edən qadını qətlə yetirib.

Faciəli hadisə 23 fevral Silahlı Qüvvələr Günü baş verib. Martın 14-də nıkah bağlamaq haqda qərara gələn cütlük arasında mübahisə yaranıb. Qadın işsiz nişanlısına ərə getməkdən imtina edib. Bundan qəzəblənən nişanlısı onu bogaraq öldürüb.

Sərxoş cinayətkar əvvəlcə günahını boynuna almaq istəməsə də, cəsədin üzərindəki zorakılıq izləri onun qətlə yetirildiyini təsdiqləyib.

Nihad


Müəllif: