13 Mart 2015 14:20

Biləsuvarda mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Sakit Mustafayevə məxsus mağazadan 300 manat oğurlamış şəhər sakinləri Elməddin Əhmədov və Saməddin Mirzəzadə tutulublar.

Neftçala polisi isə evdən oğurluq edən şəxsi yaxalaya bilib. Martın 10-da Mais Ağalarovun evindən qızıl əşyalar oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu edən həmyerlisi Möhsüm Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: