24 Mart 2015 18:07
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda silahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb.

Sabirabad rayon sakinləri Xalis Xankişiyev və Rüstəm Səmədov ov edərkən silahlı insident baş verib. X.Xankişiyev ehtiyatsızlıqdan tüfəngdən atəş açaraq R.Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

Hacı Zeynalov


Müəllif: