20 May 2014 17:14
596

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 1995-ci il təvəllüdlü Azər Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini Azər Əliyev 2013-cü il, aprelin 16-da Xətai rayonu, M.Hadi küçəsində 21 yaşlı Qəbələ rayon sakini Rüfət Mürsəlzadəni başına beşbarmaqla zərbələr endirib. Həmin şəxs Rüfət Mürsəlzadənin pul kisəsini götürərək qaçıb.

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Azər Əliyev yaxalanıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Azər Əliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Azər Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: