22 May 2014 18:07
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi axtarışda olan şəxsləri həbs edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Məmmədşah Dadaşov həbs edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.

Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində1964-cü il təvəllüdlü Sahibə Mahmudova saxlanılıb.

Sahibə Mahmudova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Hacı Zeynalov


Müəllif: