23 May 2014 11:23
660

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Salyan şəhər sakini Natiq Abbasovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Natiq Abbasov 2013-cü ilin mart ayının ortalarında yaşadığı Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 29 ünvanındakı evinin arxasındakı həyətində narkotik vasitələr əkib-becərib.
Salyan rayon Polis şöbəsi əməkdaşları tərəfindən həmin ilin avqustun 5-də həmin əraziyə baxış keçirilib. Baxış zamanı külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Natiq Abbasov həbs edilib.


Natiq Abbasov Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) və 234.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: