10 İyul 2015 12:33

Göygöl rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib. Göygöl rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Göygöl rayon sakini, 1982-ci il təvəllüdlü Səbuhi Bayramov bıçaqlanıb.

Naməlum şəraitdə bıçaqlanan yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Göygöl sakini Elnur Məhərrəmov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığına ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...