10 İyul 2015 15:54

Bakının Yasamal rayonunda mənzildən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini də Ruslan Eyvazovun evindən 285 manat, 50 ABŞ dolları və 10 avro oğurlanıb. Ruslan Eyvazov evindən oğurluq hadisəsinin baş verməsi barədə polisə məlumat verib.

29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Həsənov tutulub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...