28 İyul 2015 18:28
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda yerləşən meşə massivinin ərazisində külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Balakən rayonunda naməlum şəxs və ya şəxslər tərəfindən əkilmiş külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 5000-ə yaxın narkotik tərkibli çətənə bitkilər aşkarlanıb.

Qeyd edək ki, çətənə kolları Balakən Payon Polis Şöbəsi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə birgə keçirdikləri tədbirlər nəticəsində ortaya çıxıb. Məlum olub ki, narkotik bitki 4 sahədə naməlum şəxs və ya şəxslər tərəfindən əkilib və aqrotexniki qaydada qulluq edilib.

Faktla bağlı Balakən rayon polis şöbəsində qaldırılmış cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: